×
A
A
A
Sazlamalar

Yaponiya koronavirusa qarşı HİV əleyhinə dərmanların sınaqlarını keçirməyi planlaşdırır

Tokio, 14 fevral, AZƏRTAC

Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi koronavirusa yoluxmuş xəsətələrin müalicəsi üçün HİV əleyhinə dərmanların sınaqlarını keçirmək barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya KİV-ləri fevralın 15-də məlumat yayıb. Bildirilir ki, bu zaman söhbət ABŞ istehsalı olan dərmanlardan gedir. Qeyd olunur ki, həmin dərman artıq xəstələrin birinin üzərində yoxlanıb və müsbət nəticə əldə edilib. Həmin sınaq ötən ay Tokionun Şincuku rayonunda yerləşən böyük xəstəxanada aparılıb və bundan sonra pasientin səhhətində yaxşılaşma müşahidə edilib.
Nazirlik bu nəticədən sonra koronavirusa yoluxan daha çox xəstə üzərində HİV əleyhinə dərmanı klinik sınaq üçün istifadə etməyi qərara alıb.
Əlavə olaraq qeyd edək ki, hazırda Yaponiyada 259 nəfərin yeni koronavirusa yoluxması qeydə alınıb. Onların əksəriyyəti Yokohama limanında saxlanan “Diamond Princess” kruiz laynerinin sərnişinləri və heyət üzvləridir. Eyni zamanda, ölkədə həmin virusa görə ilk ölüm halı da qeydə alınıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Bu maraqlıdır 2020-02-15 07:52:00