×
A
A
A
Sazlamalar

Kukla Teatrı uşaqları “Gözəl və Bədheybət” tamaşası ilə sevindirib

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında uşaqlar üçün “Gözəl və Bədheybət” tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşa Madam Leprens De Bomonun əsəri əsasında hazırlanıb.
Quruluşçu rejissoru Anar Məmmədov olan tamaşada fərqli texnikalarda hazırlanmış kuklalardan canlı plan oyununa müxtəlif formalar tətbiq olunub.
Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə Cahangir Zülfüqarovdur.
Tamaşa bir qızın timsalında xoş rəftar və daxili gözəlliyin bütün maneələri aşmasını nümayiş etdirir. Bu nümunə vasitəsilə uşaqlara zahiri gözəlliklə yanaşı, səbir və ədalət hissinin də hər məqamda ən yaxın yol yoldaşı olduğu göstərilir.

Teatr və kino 2020-02-14 15:06:00