“Qoca və Mələk” növbəti dəfə səhnədə
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Pantomima Teatrı repertuarında ən populyar tamaşalardan olan “Qoca və Mələk” tamaşası növbəti dəfə repertuara salınıb.
Teatrdan AZƏRTAC-a bildirilib ki, fevralın 1-də rejissor Elnur Rzayevin quruluşunda izləniləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir.
Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.
Teatr forumunun vaxtı dəyişdirilib
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
Operasevərlər üçün “Bohema” növbəti dəfə