Cari ildə dünyada rominq abunəçilərinin sayı 900 milyona çatacaq
Bakı, 28 yanvar, AZƏRTAC
“Juniper Research” tədqiqat şirkəti 2020-ci ildə dünyada rominq xidmətlərindən istifadə edən mobil rabitə abunəçilərinin sayının 900 milyon təşkil edəcəyini, 2024-cü ildə isə bu göstəricinin 1,1 milyarda çatacağını proqnozlaşdırır.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, operatorlararası rominq modeli “5G” və “RCS” (Rich Communication Services) kimi yeni texnologiyaların yaratdığı iritutumlu məlumat trafiki təhlükəsinin azaldılması üçün həlledici əhəmiyyətə malik olacaq. Operatorlararası rominq telekommunikasiya şirkətləri arasında abunəçilər üçün bir-birinin şəbəkəsindən istifadəni təmin edən ikitərəfli sazişlərin imzalanmasını nəzərdə tutur. Sazişlərə əvvəlcədən razılaşdırılmış xərclər və rominq zamanı səsli rabitə, SMS və məlumatların ötürülməsi xidmətlərindən ədalətli istifadə daxildir.
Ekspertlərin proqnozuna görə, 2024-cü ildə operatorlar tərəfindən rominq xidmətlərinin göstərilməsi üzrə digər operatorlardan əldə edilən qlobal xərclərin həcmi 41 milyard dollaradək artacaq. 2019-cu ildə bu göstərici 37 milyard dollar olub.
Həmçinin tədqiqatda qeyd olunur ki, 4 ildən sonra rominqdə qoşulmaların təxminən 20 faizi 5-ci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonların payına düşəcək.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb