×
A
A
A
Sazlamalar

® “Bakcell” Azərbaycanda ən sürətli mobil internet təqdim edir

“Bakcell” növbəti dəfə internetin sınaq və təhlili sahəsində dünya lideri olan “Ookla” tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb. 

Şirkət bu ilin birinci və ikinci rübü üzrə “Ən sürətli mobil şəbəkə üzrə “Speedtest” mükafatı”nın qalibi olub. Bu mükafatı qazanmaq üçün “Bakcell” ölkənin mobil rabitə bazarında fəaliyyət göstərən operatorlar arasında ən yüksək ortalama yükləmə sürəti, ən yüksək ortalama məlumat göndərmə sürəti və ən yüksək “Speed Score” (sürət balları) nəticəsini nümayiş etdirib.
“Ookla”nın “Speedtest” platforması vasitəsilə həyata keçirilən 100 minədək test təsdiqləyir ki, “Bakcell” şəbəkəsində orta yükləmə sürəti saniyədə 37,99 meqabit, orta məlumat göndərmə sürəti isə saniyədə 16,79 meqabitə bərabərdir.
“Bakcell” öz abunəçilərinə təqdim etdiyi xidmətlərin keyfiyyətini artırmaq üçün əlindən gələni edir, çünki abunəçilərimiz bizdən mükəmməl əhatə dairəsi və ən yaxşı mobil internet sürəti gözləyir. Şadam ki, bu istiqamətdə gördüyümüz işlər növbəti dəfə “Ookla” tərəfindən yüksək qiymətləndirilib və “Bakcell” şəbəkəsinin Azərbaycanda ən sürətli olması bir daha da təsdiq olunub. “Bakcell” öz abunəçilərini bütün ölkə ərazisində yüksək keyfiyyətli video izləmək və yaxud sosial şəbəkələrdən istifadə etmək kimi müasir mobil telekommunikasiya xidmətləri ilə təmin etməkdən məmnunluq duyur. Mən bu mükafatı Azərbaycanın ən üstün mobil şəbəkəsini abunəçilərimiz üçün daha da yaxşı etmək öhdəliyi kimi qəbul edirəm və söz verirəm ki, bu istiqamətdə daha böyük səylə çalışacağıq”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Ratgeber bildirib.
“Bakcell” artıq üçüncü dəfədir ki, Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülür.
“Hər gün “Speedtest” üzərindən aparılan milyonlarla sınaq sayəsində “Ookla” bütün dünya üzrə internet nəticələri barədə dəqiq və ətraflı məlumatlara malikdir. Ciddi araşdırma və təhlilimizə əsaslanaraq, biz böyük məmnuniyyətlə təsdiq edirik ki, “Bakcell” Azərbaycanın ən sürətli mobil şəbəkəsidir. Bu mükafat “Bakcell” abunəçilərinin cari ilin ilk və ikinci rübü ərzində əldə etdiyi xüsusi xidmət keyfiyyətinin bariz göstəricisidir”, - deyə “Ookla”nın icraçı vitse prezidenti Jamie Steven bildirib.
“Bakcell” öz şəbəkəsini və göstərilən xidmətlərin keyfiyyətini daha da təkmilləşdirərək bundan sonra da abunəçilərini yüksək keyfiyyəti istifadəçi təcrübəsi ilə təmin edəcək.

İKT 2019-11-14 18:51:00