×
A
A
A
Sazlamalar

“Aqrar Tədarük və Təchizat” ASC “Qatar Airways” şirkətini ərzaqla təchiz edəcək

Hacıqabul, 12 oktyabr, Ceyhun Rüstəmov, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC “Qatar Airways” şirkətini ərzaqla təchiz edəcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova məlumat verib.
Bununla bağlı ötən ay tərəflər arasında razılığa gəlindiyini bildirən L.Məmmədova qeyd edib ki, ilkin olaraq Qətərə quş və yumurta məhsullarının ixracı nəzərdə tutulur. “Qatar Airways” Bu məhsulların keyfiyyətindən razı qaldıqdan sonra digər məhsulların, meyvə və tərəvəzin də ixracı planlaşdırılır.

 

Kənd təsərrüfatı 2019-10-12 20:16:00