Neyrouroloji xəstəliyi olan 12 yaşlı uşaq uğurla əməliyyat edilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzinə daxil olan 12 yaşlı xəstədə neyromuskulyar xəstəlik mövcud idi və kombinə uroloji problemləri də yaranmışdı. Mərkəzin cərrah-uroloqu, tibb üzrə fəlsəfə elmləri doktoru Rəşad Şolanın rəhbərliyi ilə təcrübəli mütəxəssislərin detallı müayinəsindən sonra əməliyyata qərar verilib.
AZƏRTAC xəbər verir ki, əməliyyatdan sonra həkim-cərrah deyib: “Neyrouroloji xəstəliklər əksər hallarda mərkəzi sinir sisteminin xəstəlikləri fonunda meydana çıxan problemlərdir, uzun müşahidə və kompleks müalicə sayəsində müsbət nəticəyə nail olmaq mümkündür. Klinikamızda digər aidiyyatı mütəxəssislərlə aparılan konsilium nəticəsində xəstənin vəziyyəti tam araşdırıldı və xəstəlik barədə dolğun təsəvvürə malik olduq. Edilən cərrahi müdaxilə və düzgün seçilən müalicə taktikası nəticəsində əməliyyatdan sonra uşağın vəziyyəti yaxşılaşdı və özünü tam sağlam hiss etdi”.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar