×
A
A
A
Sazlamalar

Latviyada həkimlərin sayı azalır

Riqa, 3 oktyabr, AZƏRTAC 

Latviyada həkim çatışmazlığı kritik həddə yetişib. Bu vəziyyət ölkə rəhbərliyini də narahat edir və operativ tədbirlər həyata keçirilməsini labüdləşdirir.
AZƏRTAC xəbər verir ki, Latviyanın rəsmi statistik göstəricilərinə əsasən, hazırda 1000 adama 2,5 tibb işçisi, 0,5 həkim düşür. Yüksəkixtisaslı mütəxəssislər başlıca olaraq Riqada toplanıb, digər şəhər və qəsəbələrdə vəziyyət daha acınacaqlıdır.
Buna səbəb həkimlərin daha yüksək əməkhaqqı təklif edən Avropa ölkələrinə getməsi, Latviyanın isə üçüncü ölkələrdən gələn mütəxəssislərə yer verməməsidir. Belə ki, son bir ildə hökumət yalnız 8 xarici həkimin ölkədə çalışmasına icazə verib. Onlardan biri də Azərbaycandan, digərləri isə Rusiya, Ukrayna, Belarus və Niderlanddandır. Ehtiyac duyulan əsas istiqamətlər isə nevroloq, otolarinqoloq, radioloq, ginekoloq, anestezioloq və reanimotoloqdur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Səhiyyə 2019-10-03 08:44:00