×
A
A
A
Sazlamalar

İranın səhiyyə tarixində ilk dəfə olaraq üz köçürülməsi tibbi əməliyyatı keçirilib

Tehran, 25 sentyabr, AZƏRTAC

İranın səhiyyə tarixində ilk dəfə olaraq üz köçürülməsi (transplantasiya) tibbi əməliyyatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Tehranın “Şəriəti” xəstəxanasında keçirilən əməliyyat uğurla başa çatıb. Tehranın Tibb Universitetinin üz-çənə əməliyyatları üzrə Elmi Tədqiqat Mərkəzinin rəhbəri, professor Məhəmməd Boyat bildirib ki, əməliyyat 35 yaşlı gəncin üzərində aparılıb. Həmin gənc avtomobil qəzası nəticəsində üzünü tamamilə itirmişdir. Yəni burnu, dodaqları və üzünün əti qəza nəticəsində tamamilə əzilərək bərpa edilməsi mümkünsüz hala düşmüşdü. Onun sözlərinə görə xəstənin burnu, yanaqları yeni texnologiya və yeni metodlar əsasında bərpa edilib. Hazırda xəstə özünü yaxşı hiss edir.
M. Boyat onu da qeyd edib ki, ABŞ və Avropada belə çətin tibbi əməliyyatlar çox nadir hallarda keçirilir. Yaxın Şərqdə İran üz köçürülməsi əməliyyatını həyata keçirməyə başlayan ilk dövlətdir.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Səhiyyə 2019-09-25 10:30:00