×
A
A
A
Sazlamalar

Azərbaycanlı həkim-kardioloq Beynəlxalq Gənc Kardiologiya Akademiyasının vitse-prezidenti seçilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 18-dən 22-dək Kiprdə Kardiovaskulyar Akademiya Cəmiyyətinin növbəti konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-kardioloqu, tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmova konfransdan sonra keçirilən seçkidə Beynəlxalq Gənc Kardiologiya Akademiyasının vitse-prezidenti seçilib.

 

Səhiyyə 2019-09-24 17:51:00