×
A
A
A
Sazlamalar

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf naminə Genişzolaqlı Komissiyasının illik iclasında təmsil edilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Nyu-Yorkda BMT-nin Dayanıqlı İnkişaf naminə Genişzolaqlı Komissiyasının illik iclası keçirilib. İclasda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, nazirin birinci müavini Əli Abdullayev və nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov təmsil edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə dünyada dördüncü sənaye inqilabı, genişzolaqlı internet üzrə bağlantının təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyaları sahəsində tənzimləmə mexanizmlərinin araşdırılması, inkişaf etməkdə olan ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişafı məsələləri müzakirə olunub. Eyni zamanda, iclas zamanı 2030 – Dayanıqlı İnkişafa dair Gündəliyin yeni məqsədlərinin qəbul edilməsi müzakirə mövzusu olub.
Qeyd edək ki, komissiyanın iclası ənənəvi olaraq BMT-nin Baş Assambleyasından bir gün öncə Nyu-Yorkda “Yale Klubu”nda baş tutur.

İKT 2019-09-23 18:40:00