×
A
A
A
Sazlamalar

Qaradağ rayonunda baş verən avtoqəzada yaralanan Kliniki Tibbi Mərkəzinə yerləşdirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 149 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəticədə bir nəfər kişi qapalı kəllə-beyin travması və ətrafların əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.
Hazırda yaralının müalicəsi davam edir.

Səhiyyə 2019-09-23 14:18:00