×
A
A
A
Sazlamalar

65 il tibb kadrları hazırlayan professor “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi medalı”na layiq görülüb

Bakı, 19 sentyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin professoru Rafiq Əsgərov 65 il ərzində tibb kadrlarının hazırlanmasında göstərdiyi yüksək xidmətlərə görə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, insan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru, əməkdar elm xadimi, tibb elmləri doktoru Rafiq Əsgərov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həmin medala layiq görülüb.
Medal professor Rafiq Əsgərova kafedranın müdiri, professor Vaqif Şadlinski və universitetin stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov tərəfindən təqdim olunub.

Səhiyyə 2019-09-19 15:42:00