Azərbaycan məhsulları beynəlxalq sərgidə təqdim olunur
Bakı, 18 sentyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bu gün Birləşmiş Ərəb Əmirliklərində işə başlayan “SMART SME MENA 2019” sərgisində öz məhsullarını təqdim edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə kiçik və orta müəssisələr sektorunda texnologiya, təhsil, daşınmaz əmlak, səhiyyə, maliyyə, sığorta və digər sahələr üzrə fəaliyyət göstərən peşəkarlar bir araya toplanıb.
Məlumat Hesablama Mərkəzi sərgidə Mobil Cihazların Qeydiyyat Sistemi, nömrə satışı sistemi, nömrə daşıma və Çağrı mərkəzi xidməti ilə iştirak edir.
Sözügedən sərgidə əsas məqsəd texnoloji bilik və resursları bölüşməklə əldə edilən qlobal rəqabət qabiliyyəti sayəsində yenilikləri təşviq etmək və məhsuldarlığı artırmaqdır. Bu strateji platforma beynəlxalq şirkətlərin Şimali Afrika və Orta Şərq regionu daxilində fəaliyyətinin genişlənməsinə imkan yaradaraq onlara öz məhsullarını və xidmətlərini yerli kiçik və orta müəssisələrə təqdim etmək imkanı verir.
Qeyd edək ki, iki gün davam edəcək sərgidə 73 şirkət iştirak edir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb