×
A
A
A
Sazlamalar

“Lego” detallarından natural ölçüdə yığılmış “Bugatti” avtomobili Budapeştə gətirilib

Budapeşt, 18 sentyabr, AZƏRTAC

“Lego” detallarından natural ölçüdə yığılmış “Bugatti” avtomobili Budapeştə gətirilib. AZƏRTAC xəbər verir ki, natural ölçülü bu nadir surəti “Bugatti”nin benzinlə deyil, elektriklə hərəkət edən yeganə variantdır.
“Lego” və “Bugatti” şirkətlərinin verdiyi məlumata görə, bu inanılmaz model yaxın vaxtlarda Parisdə “Lego” elementlərindən yığılıb. Avtomobil iyirmi nəfər tərəfindən təqribən 1 milyon “Lego” elementindən yığılıb. Bu ideyanın təşəbbüskarları layihə üzərində 6 ay işləyiblər. Avtomobilin hissələrinin 90 faizi “Lego” elementlərindən ibarədir, çarxlar və avtomobili saxlayan dəmir konstruksiya isə əsl hissələrdir.
İndi bu cəlbedici avtomobil surəti Budapeştdə nümayiş etdirilir. Sentyabrın 16-dan 22-dək Macarıstan paytaxtının hər bir sakini “Westend Mall” ticarət mərkəzində “Lego-Bugatti” avtomobilinə tamaşa edə bilər.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Bu maraqlıdır 2019-09-18 11:26:00