×
A
A
A
Sazlamalar

Ölkədə diri çəkidə ət istehsalı 3 faiz artıb

Bakı, 17 sentyabr, AZƏRTAC 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 3 faiz artaraq 332,6 min ton olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə süd istehsalı 1,5 faiz artaraq 1 milyon 386 min ton, yumurta istehsalı 6,9 faiz artaraq 1 milyard 242,2 milyon ədəd və yun istehsalı 1,5 faiz artaraq 15,4 min tona çatıb.
Bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çox barama istehsal edilib.

 

Kənd təsərrüfatı 2019-09-17 15:48:00