×
A
A
A
Sazlamalar

İsşu Suqavara: Yaponiyanın neftlə təchizatında hələlik problem yoxdur

Tokio, 17 sentyabr, AZƏRTAC 

Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumlar nəticəsində Yaponiyanın neft təchizatında heç bir problem yaranmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri İsşu Suqavara sentyabrın 17-də jurnalistlərə müsahibəsində deyib.
Yaponiya iqtisadiyyatı Yaxın Şərqdən xam neftin alınmasından çox asılıdır.
İ.Suqavara bildirib ki, Yaponiyanın daxili tələbat üçün 230 gündən artıq ehtiyatı var. Nazir əlavə edib ki, o, dünya neft bazarında baş verən prosesləri və həmin hücumun neftlə təchizata təsirini diqqətlə izləyəcək: “Yaponiya ehtiyac yaranacağı təqdirdə Beynəlxalq Enerji Agentliyi və digər ölkələrlə birgə öz ehtiyatlarından səmərəli şəkildə istifadə etməyə başlayacaq”.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

 

Dünya 2019-09-17 15:19:00