×
A
A
A
Sazlamalar

Kukla Teatrı rusdilli tamaşaçılarını unutmayıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı kollektivi rusdilli tamaşaçıları üçün iki səhnə əsəri -“Pşiyin evi” və “Qoğal”ı təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, tamaşaçılar həmin gün saat 12.00-da “Pişiyin evi”ni, 16.00-da isə “Qoğal”ı rus dilində izləmək imkanı qazanacaq.
Qeyd edək ki, sənət ocağının səhnəsində bu ay ərzində rusdilli tamaşaçılar üçün 6 səhnə əsəri nümayiş olunacaq.

 

Teatr və kino 2019-09-16 10:30:00