×
A
A
A
Sazlamalar

Saatlıda tərəvəz sahələrindən 2046 tondan çox pomidor yığılıb

Saatlı, 14 sentyabr, Mahir Babayev, AZƏRTAC
Bu il saatlılı fermerlər 788 hektar sahədə tərəvəz becəriblər. Məhsul istehsalçıları becərdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiyindən sahələrdə bol məhsul olub. Fermerlər indiyədək əkin sahələrinin 490,5 hektarında yığım aparıblar ki, bu da ümumi tərəvəz sahəsinin 62 faizini təşkil edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, saatlılı fermerlər becərdikləri 788 hektar tərəvəz sahəsinin 490 hektarından indiyədək 5 min 504 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 112,2 sentner olub. Tədarük olunan tərəvəzin 333 tonu bibər, 1616,3 tonunu xiyar, 2046,3 tonunu pomidor, 522,7 tonunu badımcan, 416,1 tonunu sarımsaq, 463,9 tonunu baş soğan, 60 tonunu kələm, 45 tonunu isə digər tərəvəzlər təşkil edib. Torpaq mülkiyyətçiləri hazırda balqabaq və təkrar əkin aparılan sahələrdə yetişmiş məhsulun yığımına hazırlıq işləri görürlər.

Kənd təsərrüfatı 2019-09-14 11:09:00