×
A
A
A
Sazlamalar

Ankarada “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub

Ankara, 13 sentyabr, AZƏRTAC

Ankarada Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, rəsmi şəxslər, paytaxt ictimaiyyətinin görkəmli nümayəndələri, QHT və KİV təmsilçiləri tamaşaçılar arasında olublar. Təqdimat Azərbaycanın Ankaradakı səfirliyi və SOCAR-Türkiyənin birgə təşkilatçılığı əsasında keçirilib.
Tamaşaçılar filmi böyük maraqla izləyiblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Teatr və kino 2019-09-13 00:42:00