×
A
A
A
Sazlamalar

Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı təsdiq edilib

Bakı, 12 sentyabr, AZƏRTAC
Baş Nazir Novruz Məmmədov “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nın təsdiq edilməsi haqqında Qərar imzalayıb.
AZƏRTAC xəbər verir ki, Qərarın imzalanmasında məqsəd “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 aprel tarixli 1926 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etməkdir.
Qərarda qeyd olunub ki, “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Sənəd nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) olan dərman qutusunun tərkibinə və odsöndürənə dair tələbləri, habelə onlardan istifadə təlimatını müəyyən edir.
Qərarda dərman qutusunun tərkibinə, odsöndürənə dair tələblər, dərman qutusundan və odsöndürəndən istifadə təlimatı barəsində müddəalar yer alıb.

Səhiyyə 2019-09-12 18:37:00