Zaqatalada 11 min hektar sahədə payızlıqların səpini proqnozlaşdırılır
Zaqatala, 11 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Payızlıq dənlilərin səpini üçün indiyədək Zaqatala rayonunun təsərrüfatlarında 4,5 min hektar sahədə şum qaldırılıb. Cari mövsümdə rayonda payızlıq taxıl əkini sahələrinin 11 min hektar olacağı proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, payızlıqların səpini üçün rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatları tərəfindən 952 ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanıb və səpinə hazır vəziyyətə gətirilib. Eyni zamanda, fermerlər səpin üçün lazım olan yerli və xaricdə istehsal edilmiş toxumları Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Dövlət Toxum Fondunun bu yaxınlarda Zaqatalada açdığı “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mağazadan da ala biləcəklər.
Sektor müdiri bildirib ki, səpində iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Payızlıqların səpininə sentyabrın 20-dən sonra başlamaq nəzərdə tutulur.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb