×
A
A
A
Sazlamalar

“Arşın mal alan” Musiqili Teatrın repertuarında

Bakı, 11 sentyabr , AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dahi bəstəkar Ü. Hacıbəylinin “Arşın mal alan” operettasını bu ay repertuara salıb.
AZƏRTAC xəbər verir ki, sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri sentyabrın 22-də saat 19.00-da teatrsevərlərin ixtiyarına veriləcək.
Tamaşa Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində göstəriləcək.

 

Teatr və kino 2019-09-11 14:52:00