Aşura günündə 2641,1 litr qan tədarük olunub
Bakı, 10 sentyabr, Əziz Məmmədov, AZƏRTAC
Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtda və bölgələrdə təşkil olunan qanvermə aksiyalarında saat 9:00-dan 18:00-a qədər 5809 nəfər könüllü olaraq qan verib. Ümumilikdə isə 2641,1 litr qan tədarük olunub.
Qeyd edək ki, qanvermə aksiyaları 25 şəhər və rayon üzrə 33 yerdə təşkil olunub.
Bakı şəhəri üzrə: Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş şəhər xəstəxanası və “Mir Mövsüm Ağa ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy” məscidi (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas” məscidi, “Sahibəzzaman” məscidi, Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, “İmam Rza” məscidi, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı”, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Yasamal rayonu “Təzəpir” məscidi, “Hacı Cavad” məscidi və “Hacı Soltanəli” məscidi;
Bölgələrdə: Gəncə şəhəri “İmamzadə kompleksi”, Lənkəran şəhəri “Böyük bazar” məscidi, Mingəçevir şəhəri “Heydər” məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Şəki şəhəri “İmam Əli” məscidi, Mərkəzi Qan Bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə” məscidi (mərasim zalı), Cəlilabad Mərkəzi rayon xəstəxanası, Xaçmaz şəhər Məscidi, Ağsu Mərkəzi rayon xəstəxanası, Qan Bankının Quba bölgəsi, Masallı şəhər “Cümə” məscidi.
Götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilib, hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə ediləcək.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar