×
A
A
A
Sazlamalar

Aşura günü ilə əlaqədar qan vermək üçün gələn insanların sayı durmadan artır

Bakı, 10 sentyabr, AZƏRTAC

Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, saat 15:00 kimi respublikanın 25 şəhər və rayonu üzrə 33 xəstəxana və məscidlərdə keçirilən qanvermə aksiyalarında 5 401 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən 2430,5 litr qan tədarük olunub. Götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilir.
Qan vermək üçün gələn insanların sayı durmadan artır.

Səhiyyə 2019-09-10 15:48:00