×
A
A
A
Sazlamalar

Şəmkirdə baş verən avtoqəzada yaralananların mərkəzi rayon xəstəxanasında müalicəsi davam edir

Bakı, 7 sentyabr, AZƏRTAC 

Xəbər verildiyi kimi, Şəmkir rayonunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəmkirin Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobili toqquşub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təcili tibbi yardıma çağırış saat 04:04-də daxil olub.
Avtoqəza nəticəsində bir nəfər aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Səhər saat 08:20-də Şəmkir MRX-nın baş həkiminin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.

Səhiyyə 2019-09-07 10:43:00