×
A
A
A
Sazlamalar

2018-ci ildə ölkə əhalisinin 3,7 milyon nəfərdən çoxu profilaktik müayinələrdən keçib

Bakı, 6 sentyabr, AZƏRTAC

Ötən il ölkəmizdə 3 milyon 732 min nəfəri profilaktik tibbi müayinələrdən keçib. Bu, müayinədən keçməli olan ölkə əhalisinin 94,8 faizi deməkdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, müayinədən keçənlərin 2 milyon 430 minə yaxını yaşı 18-dək olan uşaqlar, o cümlədən 1 milyon 977 mindən çoxu 13 yaşınadək olan, 453 min nəfərdən çoxu 14-17 yaşlı uşaqlardır.
Profilaktik müayinədən keçənlərin 326 min nəfəri 18-29 yaşlı gənclər, 975 min nəfərdən çoxu isə yaşı 30-dan yuxarı olanlardır.

Səhiyyə 2019-09-06 17:47:00