×
A
A
A
Sazlamalar

Şamaxıda ət istehsalı 522,5 ton artıb

Şamaxı, 4 sentyabr, AZƏRTAC

Şamaxı heyvandarları əsas göstəricilər üzrə məhsul istehsalında cari ilin yanvar-avqust aylarını uğurlu nəticələrlə başa vurublar. Rayonda ət, süd və yumurta istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2019-cu ilin səkkiz ayında Şamaxıda diri çəkidə 2689,9 ton ət istehsal olunub. Bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 522,5 ton çoxdur.
Süd və yumurta istehsalında da nəticələr yaxşıdır. Belə ki, səkkiz ayda süd istehsalı 5699,9 ton artaraq 19 min 258,8 tona, yumurta istehsalı 2 milyon 907 min ədəd artaraq 11 milyon 720 min ədədə çatıb.

Kənd təsərrüfatı 2019-09-04 12:04:00