×
A
A
A
Sazlamalar

Bu il Oğuzda 17 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır

Oğuz, 28 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə hazırlıq işləri davam etdirilir. İndiyədək təsərrüfatlarda 11 min hektarda yay şumu çıxarılıb. Cari mövsümdə rayonda 17 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, payızlıqların səpini üçün rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatları tərəfindən 1907 ton yüksək reproduksiyalı toxum fondu ayrılıb. Ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanıb və səpinə hazır vəziyyətə gətirilib.
Xatırladaq ki, builki mövsümdə Oğuz rayonunun fermerləri 16 min 87 hektar taxıl sahəsindən 49 min 908 ton məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 31 sentner olub.

Kənd təsərrüfatı 2019-08-28 17:19:00