×
A
A
A
Sazlamalar

“Qara pantera” filminin ikinci hissəsi çəkiləcək

Bakı, 26 avqust, AZƏRTAC
“Qara pantera” fantastik filminin ikinci hissəsi 2022-ci il mavi ekranlara çıxacaq.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, filmin rejissoru yenidən Rayan Kuqler olacaq.
Ötən il işıq üzü görmüş “Qara pantera”nın birinci hissəsi Afrikanın Vakanda ərazisində yerləşən, cazibəni özündə çəkib saxlayan xüsusi metaldan bəhs edir. Bu hissədə Çedvik Bouzman, Maykl B. Cordan, Lupita Nionqo və Danay Qurira çəkilib.
Ekran əsəri “MTV” musiqi kanalının dörd mükafatını, ən yaxşı kaskadyor heyətinə görə ABŞ-ın “Gildiya” aktyorları nominasiyasını və vizual effektlərə görə Böyük Britaniyanın kino və televiziya sənəti (BAFTA) mükafatını alıb. Film, həmçinin üçqat “Oskar” mükafatçısıdır.

Teatr və kino 2019-08-26 18:19:00