×
A
A
A
Sazlamalar

İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb

İmişli, 24 avqust, Mahir Babayev, AZƏRTAC

İmişlidə bostan məhsulları yığımı yekunlaşmaq üzrədir. Torpaq mülkiyyətçiləri bu günədək əkdikləri bostan sahəsinin 70-80 faizinin məhsulunu yığıblar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il imişlili bostançılar 255,5 hektar sahədə bostan bitkisi əkiblər. Bunun 95 hektarını yemiş, 160,5 hektarını isə qarpız sahəsi təşkil edib. Məhsul yığımına vaxtında başlayan əkinçilər sahələrdən 2500 ton məhsul toplayıblar.
Artıq bostançılar qarpız yığımını başa çatdırıblar. Yemiş yığımı isə yaxın günlərdə yekunlaşacaq.

Kənd təsərrüfatı 2019-08-24 15:02:00