“Koroğlu” operası nümayiş olunacaq
Bakı, 22 avqust, AZƏRTAC
Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” üçpərdəli operası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq.
Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.
Teatr forumunun vaxtı dəyişdirilib
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
Operasevərlər üçün “Bohema” növbəti dəfə