×
A
A
A
Sazlamalar

Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib

Qazax, 16 avqust, Rauf Hacıyev, AZƏRTAC

Bu ilin birinci yarısında Qazax rayonunda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə bir sıra səmərəli işlər görülüb və müsbət nəticələr əldə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən ilin payızında 2019-cu ilin məhsulu üçün 12555 hektar payızlıq taxıl, o cümlədən 8305 hektar buğda, 4250 hektar arpa səpilib.
Həmin taxıl sahələrindən 42330 ton məhsul götürülüb. 4250 hektar arpa sahəsindən 10902,2 ton, 8305 hektar buğda sahəsindən isə 31427,8 ton məhsul tədarük olunub. Cari mövsümdə orta məhsuldarlıq 33,7 sentner təşkil edib. Arpa sahələrində məhsuldarlıq 25,65 sentner, buğda sahələrində isə 37,8 sentner olub.
Bu ilin yazında 21476,3 hektar sahədə kənd təsərrüfatı məhsulları becərilib. Həmçinin 65 hektar sahədə tütün əkilib. Hazırda rayon üzrə 1320 hektarda becərilmiş kartofun yığımı davam edir. Bu il sahələrdən 40 min tona yaxın kartofun yığılması proqnozlaşdırılır.

Kənd təsərrüfatı 2019-08-16 14:33:00