×
A
A
A
Sazlamalar

“Arşın mal alan” növbəti dəfə səhnədə...

Bakı, 15 avqust, AZƏRTAC

Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu teatr mövsümündə dahi bəstəkar Ü. Hacıbəylinin “Arşın mal alan” operettası ilə tamaşaçıların görüşünə gələcək.
AZƏRTAC xəbər verir ki, sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri axşam saat 19.00-da teatrsevərlərin ixtiyarına veriləcək.
Tamaşa Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim ediləcək.

 

Teatr və kino 2019-08-15 11:03:00