Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Son nəfəsədək” filmi nümayiş olunub

Bakı, 22 iyul, AZƏRTAC 

“İlğım” qrupunun təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Nurəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “İlğım” qrupunun təsisçisi Qoşqar Qədimbəyli filmin müasir dövr üçün əhəmiyyətindən söz açıb. Bildirib ki, ekran əsəri Qarabağ müharibəsinin başlanğıcında aparılan mübarizədən bəhs edir. Süjet xəttini filmin qəhrəmanı Yavərin Yuxarı Veysəlli və ətraf kəndlərin müdafiəsində göstərdiyi igidlik təşkil edir.
Tamaşaçılar Yuxarı Veysəlli kəndinin özünümüdafiə dəstəsinin son nəfəsədək qəhrəmanlıqla vuruşaraq dinc sakinlərin həyatını xilas etmələrini əks etdirən döyüş yolu ilə tanış olublar.
Sonra filmin mövzusu və Qarabağ həqiqətləri haqqında fikir mübadiləsi aparılıb.

Teatr və kino 2019-07-22 12:02:00