×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universitetinin rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

Bakı, 18 iyul, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli tələbələrin müraciətlərini çevik şəkildə cavablandırdığına görə ölkənin ən böyük təhsil səhifəsi olan və respublikamızdakı ali məktəblərin yer aldığı “Azərbaycan universitetləri”nin “Facebook” səhifəsinin təsis etdiyi “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Tələbələrin dostu” sosial mükafatını rektor Gəray Gəraybəyliyə səhifənin rəhbəri Zöhrab Süleyman təqdim edib.
Görüşdə rektor universitetdə aparılan tədrisyönümlü dəyişikliklər, imtahan prosesinin gedişatı, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün həyata keçirilən islahatlar haqqında geniş məlumat verib. Gələcəkdə ATU-da reallaşdırılması planlaşdırılan yeniliklərdən söz açıb.
Görüşdə Azərbaycandakı universitetlərin vəziyyəti, universitetlərarası əlaqələr, tələbələrin sosial şəbəkələrdəki aktivliyi məsələləri də müzakirə olunub.

Səhiyyə 2019-07-18 17:14:00