Malayziyada yumurtadan nadir ikibaşlı tısbağa çıxıb
Tokio, 18 iyul, AZƏRTAC
Təbiəti mühafizə idarəsinin mütəxəssisləri Malayziyanın Mabul adasında nadir ikibaşlı tısbağa balası aşkar ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Coconuts” saytı məlumat yayıb.
İkibaşlı erkək tısbağa yumurtadan yeni çıxan 93 bala arasında olub. Təbiəti mühafizə təşkilatının əməkdaşları bildiriblər ki, indiyədək 13 mindən çox tısbağa balasının dünyaya gəlməsini müşahidə etsələr də, belə halla ilk dəfə rastlaşıblar.
Dəniz bioloqu Devid Makkan bildirib ki, bala tısbağanın başları ayrı-ayrılıqda nəfəs alır və bədənin idarə edilməsini öz aralarında bölüşüblər. Belə ki, sağda yerləşən baş-bədənin sağ, solda yerləşən baş isə digər tərəfini idarə edir. Bu, tısbağanın həm quruda, həm də suda hərəkət etməsinə maneə yaratmır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib