×
A
A
A
Sazlamalar

Sumqayıt bulvarının ərazisi genişləndirilir

Sumqayıt, 17 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt bulvarının ərazisi daha 1 kilometr uzadılır. Hazırda 106 hektar olan bulvar ərazisinin genişləndirmə işləri sürətlə davam edir.
AZƏRTAC xəbər verir ki, bulvarın yeni zonasında uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub. Həmçinin yeni ərazidə restoranlar tikilir, çimərlik zonası salınır, 292 istirahət otağının inşası aparılır. Bununla yanaşı, bulvara əlavə olunan ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol şəhərin Səməd Vurğun küçəsinə birləşdiriləcək.
Bütün bu işlərlə yanaşı, Sumqayıt bulvarında Muğam Mərkəzinin tikintisi də aparılır.

Regionlar 2019-07-17 14:23:00