×
A
A
A
Sazlamalar

Oğuz kümçüləri bu il 8,9 tonadək yaş barama istehsal ediblər

Oğuz, 11 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Oğuz rayonunun kümçüləri 8 ton 892 kiloqram yaş barama istehsal ediblər. Barama istehsalı ötən illə müqayisədə 3,7 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, cari mövsümdə barama yetişdirmək üçün 181 kümçü ilə müqavilə bağlanılıb, onlara 300 qutu, yəni 5,7 kiloqram ipəkqurdu paylanılıb.
Baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədilə son 3 ildə rayon ərazisində 154 min tut tingi əkilib. Əkilən tinglərin 72 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilərək calaq olunmuş tinglər, qalanları isə yerli tut tingləridir.

Kənd təsərrüfatı 2019-07-11 18:58:00