×
A
A
A
Sazlamalar

Qazaxda taxıl biçini başa çatıb

Zəmilərdən 42,3 min tondan çox məhsul yığılıb

Qazax, 11 iyul, Rauf Hacıyev, AZƏRTAC
Qazax rayonunda bu ilin məhsulu üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8 min 305 hektarda buğda, 4 min 250 hektar sahədə isə arpa yetişdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin əksər bölgələrində olduğu kimi, Qazaxda da taxıl biçini vaxtında və itkisiz başa çatıb. Belə ki, əvvəlcədən görülmüş lazımi təhlükəsizlik tədbirləri nəticəsində biçin heç bir yanğın hadisəsi baş vermədən yekunlaşıb.
Qazax taxılçıları zəmilərdən 42 min 330 ton məhsul götürüblər. 4250 hektar arpa sahəsindən 10 min 902,2 ton, 8305 hektar buğda zəmisindən isə 31 min 427,8 ton məhsul tədarük olunub. Cari mövsümdə orta məhsuldarlıq 33,7 sentner təşkil edib. Arpa sahələrində məhsuldarlıq 25,65 sentner, buğda zəmilərində isə 37,8 sentner olub. Biçin müddətində sahələrə 60 kombayn cəlb edilib.

Kənd təsərrüfatı 2019-07-11 14:28:00