×
A
A
A
Sazlamalar

Ağsuda zəmilərin hər hektarından 31,4 sentner taxıl götürülür

Ağsu, 25 iyun, AZƏRTAC 

Ağsu bölgəsində taxıl biçini kampaniyası davam edir və artıq 27 min 570 hektar zəminin məhsulu yığılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il taxılçılar 36 min 74,5 hektarda məhsul yetişdiriblər. İndiyədək 15 min 610 hektar arpa, 11 min 560 hektar buğda sahəsinin məhsulu biçilib. Hər hektardan orta məhsuldarlıq 31,4 sentner təşkil edir ki, bu da ötənilki göstəricidən 1,5 sentner çoxdur. Bəzi ərazilərdə, o cümlədən daha çox taxıl əkilən Qaraqoyunlu, Ərəbsarvan, Çaparlı, Gəgəli, Bico, Kəndoba, Cəlayir və sair ərazi dairələrində məhsuldarlıq daha yüksəkdir.
Hazırda bütün qüvvələr mühüm strateji məhsul olan taxılın tez və itkisiz yığılmasına səfərbər edilib. İndi hər gün zəmilərə 60-dan çox kombayn çıxarılır.

Kənd təsərrüfatı 2019-06-25 19:03:00