×
A
A
A
Sazlamalar

Bərdəli kümçülər bu günədək 36,5 ton barama tədarük ediblər

Bərdə, 24 iyun, AZƏRTAC
Bu il 1000 qutu (19 min qram) ipəkqurdu toxumu bəsləyən Bərdə rayonunun kümçüləri hazırda barama tədarükünü davam etdirirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq kümçülərin yetişdirdikləri 36 min 574 kiloqram məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib. Cari mövsümdə Bərdədə 40 tondan çox barama tədarük ediləcəyi gözlənilir.
Qeyd edək ki, Bərdə rayonunun xeyli inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 400 min ədəddən çox tut tingi əkilib. 2016-cı ildə 4,5 ton, 2017-ci ildə 12,5 ton, ötən il isə 24,5 ton barama istehsal olunub.

Kənd təsərrüfatı 2019-06-24 15:18:00