×
A
A
A
Sazlamalar

Dünyada ən uzun ödənişli analıq məzuniyyəti Estoniyadadır

Tallinn, 21 iyun, AZƏRTAC 

Estoniya qadınları dünyanın ən uzunmüddətli analıq məzuniyyətinə çıxırlar.
AZƏRTAC xəbər verir ki, UNICEF-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına, habelə Avropa İttifaqına üzv 41 ölkəsi arasında apardığı tədqiqat zamanı Estoniyanın ən uzunmüddətli analıq məzuniyyəti təklif edən ölkə olduğu müəyyənləşib. Burada doğuş və analığa görə qadınlara 85 həftəlik tam ödənişli məzuniyyət verilir.
Daha sonra siyahıda Macarıstan (72 həftə), Bolqarıstan (61 həftə) gəlir. Ən az analıq məzuniyyətini isə Avstraliya və Yeni Zelandiyada təklif edilir - 10 həftə.
Yaponiya isə analara yox, atalara yeni doğulmuş körpəyə görə 6 aylıq ödənişli məzuniyyət verir. Lakin yaponlar bu güzəştdən istifadə etməyi sevmirlər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn 

Bu maraqlıdır 2019-06-21 15:18:00