×
A
A
A
Sazlamalar

® “Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edir

Azərbaycanda hər zaman informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafını dəstəkləyən “Nar”ın tərəfdaşlığı ilə baş tutan “NETTY-2019” - Azərbaycanın milli internet mükafatının qalibləri müəyyən edilib. Belə ki, il ərzində keyfiyyətli məzmununa, istifadəçiyə yararlılığına görə “Dövlət” nominasiyasında “intangible.az” saytı, “Təhsil və Elm” nominasiyasında “Bildilçin” tətbiqi, “Mədəniyyət və Yaradıcılıq” nominasiyasında “shekiculture.az”, ən yaxşı sosial səhifə nominasiyasında “ASAN Viza” “Facebook” səhifəsi qalib olub. Digər nominasiyaların qalibləri ilə “netty.az” saytında tanış ola bilərsiniz. 

Nominasiyalar üzrə qaliblər Ekspert Şurasının və virtual münsiflər heyətinin seçiminə əsaslanaraq “NETTY” Akademiyası final səsverməsi zamanı müəyyən edilib. Bundan başqa, müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də mükafatlar təqdim olunub.
“İnternet və ümumilikdə İKT həlləri gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilib. “NETTY” milli internet mükafatının əsas məqsədi ölkəmizdə bu sahə üzrə ən qabaqcıl və keyfiyyətli informasiya resurslarını və layihələrini müəyyən edərək onların inkişafına təkan verməkdir. Biz, eyni zamanda, informasiya mədəniyyətinin cəmiyyətdə artırılması, əhalidə informasiya texnologiyaların populyarlaşdırılmasını hədəfləyirik. Rəqəmsallaşma dövründə bu cür mühüm bir tədbirin keçirilməsində bizə dəstək olduğu üçün “Nar”a təşəkkür edirik“, - deyə “NETTY” milli internet mükafatının təşkilat komitəsinin sədri Ruslan Novruzov bildirib.
Qeyd edək ki, “Nar” KSM strategiyası çərçivəsində artıq ikinci ildir ki, “NETTY” milli internet mükafatının əsas dəstəkçisidir.

İKT 2019-06-20 18:27:00