×
A
A
A
Sazlamalar

Zərdab rayonunda arpa biçini başa çatıb

Zərdab, 18 iyun, AZƏRTAC

Zərdab rayonunda taxıl biçini davam edir və artıq arpa zəmilərində məhsul yığımı başa çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə 18 min 715,5 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 5 min 729,5 hektarı arpa, 12 min 988 hektarı isə buğdadır. Rayonda artıq arpa biçini başa çatıb. Sahələrdən 17 min 533 ton arpa götürülüb. Hər hektardan orta məhsuldarlıq 30,6 sentner olub.
Hazırda isə buğda biçini davam edir. Qısa vaxtda 2207 hektarın məhsulu yığılıb, sahələrdən 6674,1 ton buğda götürülüb.
Rayonun əksər ərazilərində, xüsusilə Pərvanlı, Bəyimli, Körpükənd və bir digər ərazi dairələrində məhsuldarlıq daha yüksəkdir. Mütəxəssislər cari mövsümdə zəmilərdə orta məhsuldarlığın 35 sentnerədək yüksələcəyi qənaətindədirlər.

Kənd təsərrüfatı 2019-06-18 18:47:00