® “Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir
“Nar” tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına və peşəkar inkişafına kömək etmək məqsədilə növbəti karyera sərgisində iştirak edib. Mobil operator Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün əmək yarmarkası-2019" da iştirak edib.
“Nar” tələbə, magistr, məzunlar, eyni zamanda, əlilliyi olan şəxslər üçün satış, müştəri dəyərinin idarəedilməsi və digər vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. “Nar” təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar.
Gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək məqsədilə təşkil olunan yarmarkada 50-dək şirkət və qurum iştirak edib. Karyera sərgisinin keçirilməsində məqsəd, gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək, iş imkanlarını genişləndirmək, iş təcrübəsi olmayan gənclər üçün karyera fürsəti yaratmaqdır.
Qeyd edək ki, gənclərə dəstək və iş imkanlarına çıxışın təmin edilməsi “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasında yer alan istiqamətlərdən biridir. “Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb