×
A
A
A
Sazlamalar

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna indiyədək 903 layihə təqdim edilib

Bakı, 3 iyun, Pərvanə Rəhimova, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna bu vaxtadək 903 layihə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə fondun icraçı direktoru Azər Bayramov deyib.
O bildirib ki, həmin layihələrin 117-yə yaxud 12,9 faizinə 1,5 milyon manat qrant ayrılıb. Həmçinin bu layihələrdən 12-nin rəhbəri xanımdır. Bundan başqa, 16 sahibkarlıq subyektinə 11,2 milyon manat güzəştli kredit ayrılıb.

İKT 2019-06-03 12:12:00