×
A
A
A
Sazlamalar

Azərbaycan “Rəqəmli bazarların uyğunlaşdırılması” təşəbbüsü üzrə bütün istiqamətlərdə fəal iştirak edir

Bakı, 31 may, Pərvanə Rəhimova, AZƏRTAC

Azərbaycan “Şərq tərəfdaşlığı” ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü çərçivəsində həyata keçirilən 6 istiqamətin hər birində fəal iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçilik və informasiya cəmiyyətinin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov deyib.
”Biz rəqəmli iqtisadiyyatın formalaşdırılması və inkişafında “Rəqəmli bazarların uyğunlaşdırılması” təşəbbüsünü yüksək qiymətləndirik. Ölkəmiz HDM təşəbbüsü çərçivəsində həyata keçirilən 6 istiqamətin hər birində fəal iştirak edir. Azərbaycan “İKT innovasiya və startap ekosistemi” istiqaməti və “e-gömrük” alt istiqaməti üzrə əlaqələndirici ölkədir. Hesab edirik ki, HDM çərçivəsində görülən işlər Azərbaycanda rəqəmli iqtisadiyyatın inkişafına dəstək olacaq”,- deyə nazirlik rəsmisi əlavə edib.

İKT 2019-05-31 11:31:00