×
A
A
A
Sazlamalar

Mütəxəssis: Hazırda Azərbaycanın bank sektorunda bir neçə Moldova şirkəti təmsil edilir

Bakı, 29 may, Pərvanə Rəhimova, AZƏRTAC

Biz Azərbaycanın innovasiyalar və startap ekosistemi ilə tanış oluruq, çünki bu sahədə qarşılıqlı əlaqələr mövcuddur. Hazırda Azərbaycanın bank sektorunda bir neçə Moldova şirkəti təmsil olunur. Əlbəttə, biz istərdik ki, gələcəkdə bu şirkətlərin sayı artsın.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda işə başlayan IV “İKT innovasiya və startap ekosistemi” beynəlxalq seminarının iştirakçısı, Moldovanın İKT şirkətləri Milli Assosiasiyasının (ATIC) direktoru Ana Kiritsa deyib.

İKT 2019-05-29 15:13:00