×
A
A
A
Sazlamalar

Tibb Universitetində keçirilən aksiyada 50-yə yaxın xəstə müayinə olunub

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 25 may - Dünya Qalxanabənzər Vəzi Günü münasibətilə ödənişsiz müayinə aksiyası keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qalxanabənzər vəzi xəstələrinin müayinəsi klinikanın cərrah-endokrinoloqu Azər Hümmətov tərəfindən aparılıb.
Cərrah-endokrinoloqun sözlərinə görə, aksiyada 50-yə yaxın xəstə müayinə olunub. Müraciət edənlərin 25-nin qalxanvari vəzində düyünlər, 14-də Haşimoto tireoiditi aşkarlanıb. Bəzi xəstələrə qalxanvari vəzin hormonal müayinəsi üçün müvafiq təyinatlar verilib.
Müayinə aksiyasında gənc endokrinoloqlar da iştirak ediblər.

Səhiyyə 2019-05-25 18:27:00